Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir

19 avqust 2020 | 16:00

19 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 1 ticarət və 2 iaşə obyektinin hər biri 200 manat, Sığdaş kəndində 1 nəfər 100 manat, Öncəqala kəndində 1 nəfər 100 manat və Şıxlar kəndində 1 nəfər 100 manat olmaqla ümumilikdə 900 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

Keçidlər