Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir

19 avqust 2020 | 16:00

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir.

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov uşaq bağçasında tikinti işləri ilə yaxından tanış olub.

Belə ki, Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
Artıq binanın ikinci mərtəbəsində hörgü işləri yekunlaşmış və mansar işlərinə başlanmışdır.

Keçidlər