Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

20 avqust 2020 | 16:00

1. 19 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 19 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Masallı rayon İcra hakimiyyəti, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Avtovağzal, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 10 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 ərazidə 7 fərdi yaşayış evi və 5 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
19 avqust 2020-ci il tarixdə 1258 nəfərlə görüşülmüş və onlardan 227 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 3 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 43248 nəfərlə görüşülmüş və onlardan 4665 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 241 nəfər şəhər sakini və 23 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
19 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4015 nəfərlə görüşülmüş, onlardan 813 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 3 nəfər kənd sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 222238 nəfərlə görüşülmüş, 41311 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 278 nəfər rayon sakini və 19 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. 19 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 5273 nəfərlə görüşülmüş və 1040 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 3 nəfər rayon sakini və 3 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 265486 nəfərlə görüşülmüş və 45976 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 519 nəfər rayon sakini və 42 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.

6. 19 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 1 ticarət və 2 iaşə obyektinin hər biri 200 manat, Sığdaş kəndində 1 nəfər 100 manat, Öncəqala kəndində 1 nəfər 100 manat və Şıxlar kəndində 1 nəfər 100 manat olmaqla ümumilikdə 900 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

7. Ümumilikdə rayon üzrə 8635 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər