Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
20 avqust 2020 | 16:00
20 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 2 ticarət obyektinin hər biri 400 manat, digər 2 ticarət obyektinin hər biri 200 manat, 1 nəfər şəhər sakini 100 manat, Boradigah qəsəbəsində 1 nəfər 200 manat və Güllütəpə kəndində 1 nəfər 100 manat olmaqla ümumilikdə 1600 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.