Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
20 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakinləri – Mirzəxan Yasər oğlu Əliyevin tikinti işlərinə başlanmasına kömək, Ramiz Rüstəm oğlu İbadovun ali təhsilli övladının işlə təmin olunması, Ərkivan qəsəbə sakini Gülnarə İdris qızı Qəmbərovanın qohumuna əlillik dərəcəsinin verilməsi, Təklə kənd sakini Əhmədağa Əli oğlu Həmidovun əkin sahələrinə su verilməsinə görə rayon rəhbərliyinə minnətdarlıq, Qarğalıq kənd sakini Babakişi Babaxan oğlu Şahverdiyevin Eminlidə bələdiyyə torpağı sahəsində sututarın yaradılması, Şıxlar kənd sakini Mələk Səbri qızı Bəşirovanın məişət zorakılığına məruzqalma, Həsənli kənd sakini, Qarabağ qazisi Ağadədə Firsənd oğlu Muradovun avtoqəzada xəsarət almış övladına sığorta ala bilməməsi və s. ilə bağlı müraciətləri dinlənilib.