Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda III Beynəlxalq Folklor Festivalı keçirilir

14 iyun 2014 | 15:00

İyunun 13-də Masallı rayon İcra hakimiyyəti başçısı aparatının qarşısındakı meydanında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş III Beynəlxalq Folklor Festivalının açılış mərasimi olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi, Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivləri iştirak etmişlər.
Beynəlxalq  Folklor Festivalında Azərbaycanı Astara, Balakən, Ağcabədi və Masallı rayonlarının folklor kollektivləri təmsil etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Meydanda folklor kollektivlərinin paradı və nümunəvi çıxışları olmuşdur.
Mərasimdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanisin, Türkiyənin Sandıxlı şəhər bələdiyyəsinin sədri Mustafa Öz, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Masallı şəhər Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında təşkil edilmiş sərgidə yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənəti nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli mətbəxin nümunələri ilə yaxından tanış olmuşlar.

Keçidlər