Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yeniyetmə və gənclər arasında “Dama” idman növü üzrə rayon birinciliyi

21 avqust 2020 | 16:00

20-21 avqust 2020-ci il tarixlərdə Masallıda yeniyetmə və gənclər arasında “Dama” idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

20-21 avqust 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına parkda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi bütün tapşırıq və tövsiyələrə əməl edilməklə açıq hava şəraitində sosial məsafənin saxlanılmasını nəzərə alınmaqla yeniyetmə və gənclər arasında “Könüllülər ili” ilə əlaqədar olaraq “Dama” idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.

Rayon birinciliyinin əsas məqsədi yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirilməsi, gənclər arasında sağlam həyat tərzi və idman yarışları vastəsilə sosial fəaliyyətin artırılması, dama idman növünü gənclər arasında təbliği və onların asudə vaxtlarını səmərəli təşkili məqsədi daşıyıb. 2 gün davam edən birinciliyin yekun nəticəsinə əsasən Quliyev Heydərəli Xanağa oğlu I yerə, Kərimov Sakit Məşhur oğlu II yerə, Nəcəfov Təvəkkül Vüsal oğlu isə III yerə layiq görülmüşdür .

Rayon birinciliyində qalib gəlmiş idmançılar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

Keçidlər