Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Ordunun əsgəri Nurlan Quliyevin minnətdarlığı

21 avqust 2020 | 16:00

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Milli Ordumuzun əks-hücumu zamanı Ağdam kəndində qəhrəmanlıq göstərən Nurlan Ruslan oğlu Quliyev də yaralanmışdır. Şəmkir və Gəncə hərbi hospitalında həkimlərin səyi nəticəsində sağalaraq bir neçə gün müddətinə doğma ünvana, Masallı rayonunun Təklə ərazisinin Sığıncaq kəndinə baş çəkmişdir. Yaralı əsgər bildirmişdir ki, yaşadığı evin təmir olunması və hasara salınmasına görə Masallı Rayon İcra Hakimiyyətinə, Milli Məclisin deputatı Məşhur Məmmədova, rayonun və kəndin bir qrup imkanlı adamlarına minnətdaram. Mən öz Vətənimi hamı kimi sevirəm, yaxşı vətəndaş olmağa çalışıram. Vətəni qorumaq, Vətən torpağını sevmək bütün gənclərin borcudur.

Keçidlər