Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
21 avqust 2020 | 16:00
21 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 3 ticarət obyektinin hər biri 200 manat, Bədəlan kəndində 1 nəfər 100 manat, Sığdaş Kəndində 1 nəfər 100 manat, Köhnə Alvadı kəndində 1 nəfər 100 manat və Türkoba kəndində 1 nəfər 100 manat olmaqla ümumilikdə 1000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.