Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

22 avqust 2020 | 16:00

1. 21 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 21 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Rayon Məhkəməsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Avtovağzal, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 5 Yanacaq Doldurma Məntəqəsi, 12 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 ərazidə ərazi nümayəndəliyi, bələdiyyə binası, 1 fərdi yaşayış evi və 3 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

  3. 01 yanvar 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixədək rayon İcra hakimiyyətinə müraciət edən 256 imkansız, aztəminatlı, tənha-kimsəsiz və şəhid ailəsinə maddi yardım göstərilmişdir.

  4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
21 avqust 2020-ci il tarixdə 838 nəfərlə görüşülmüş və onlardan 153 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 3 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 44839 nəfərlə görüşülmüş və onlardan 4963 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 242 nəfər şəhər sakini və 30 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
21 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4023 nəfərlə görüşülmüş, onlardan 804 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 4 nəfər kənd sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 230209 nəfərlə görüşülmüş, 42931 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 284 nəfər rayon sakini və 19 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 21 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4861 nəfərlə görüşülmüş və 957 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 4 nəfər rayon sakini və 3 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 275048 nəfərlə görüşülmüş və 47894 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 526 nəfər rayon sakini və 49 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.

7. 21 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 3 ticarət obyektinin hər biri 200 manat, Bədəlan kəndində 1 nəfər 100 manat, Sığdaş Kəndində 1 nəfər 100 manat, Köhnə Alvadı kəndində 1 nəfər 100 manat və Türkoba kəndində 1 nəfər 100 manat olmaqla ümumilikdə 1000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

8. 21 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 21 nəfərdən yaxma götürülmüşdür.  Ümumilikdə rayon üzrə 8695 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər