Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
1. 22 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
2. 22 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, şəhər 1 saylı tam orta məktəbi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 70 zibil konteyneri, 1 ərazidə 2 fərdi yaşayış evi və 2 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
3. 01 yanvar 2020-ci il tarixdən 22 avqust 2020-ci il tarixədək rayon İcra hakimiyyətinə müraciət edən 511 imkansız, aztəminatlı, tənha-kimsəsiz və şəhid maddi yardım göstərilmişdir.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
22 avqust 2020-ci il tarixdə 824 nəfərlə görüşülmüş və onlardan 148 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 2 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 45663 nəfərlə görüşülmüş və onlardan 5111 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 242 nəfər şəhər sakini və 32 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
22 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3810 nəfərlə görüşülmüş, onlardan 870 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 2 nəfər kənd sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 234019 nəfərlə görüşülmüş, 43801 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 286 nəfər rayon sakini və 19 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
6. 22 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4634 nəfərlə görüşülmüş və 1018 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 2 nəfər rayon sakini və 2 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 279682 nəfərlə görüşülmüş və 48912 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 528 nəfər rayon sakini və 51 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.
7. 22 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 2 ticarət obyektinin hər biri 200 manat və Xıl kəndində 2 nəfərin hər biri 100 manat olmaqla ümumilikdə 600 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
8. 22 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 14 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 8709 nəfərdən yaxma götürülmüşdür.