Qızılağac bələdiyyəsindən nümunəvi addım
23 avqust 2020 | 16:00
Masallı rayon Qızılağac ərazisində kənd ara yolların əsaslı təmirinə başlanılmışdır. Ənənəvi şəkildə aparılan yolların təmiri işləri kənd bələdiyyəsinin vəsaiti hesabına həyata keçirilir. Ümumilikdə kənd ara yollarına 10 maşın çınqıl döşənmiş və qreyderlə hamarlanmışdır.
Qeyd edək ki, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov nümunəvi addım ataraq doğum günü olduğu üçün koronavirus infeksiyasının yayılma təhlükəsini nəzərə alıb, Opreativ qərargahın tələblərini yerinə yetirərək ad günü yığıncağını keçirməmiş lakin yığıncaq üçün sərf edəcək vəsaiti kənd ara yollarının təmirinə sərf etmişdir.