Şriftin ölçüsü :

Saytın rəngi :

III Beynəlxalq folklor festivalının iştirakçıları kənd sakinləri qarşısında çıxış etmişlər

15 iyun 2014 | 15:00

Masallıda keçirilən III Beynəlxalq folklor festivalının ikinci günü həm qonaqlar, həm də kənd sakinləri üçün yaddaqalan olmuşdur.
Festival iştirakçıları iki qrupa bölünərək rayonun Tüklə və Qızılağac kəndlərində sakinlər qarşısında konsert proqramı ilə çıxış etmişlər.
İrandan gələn qonaqlar artıq üçüncü dəfədir ki, bu festivalda iştirak edirlər. Litvanın “Aysva” qrupu isə ilk dəfədir Azərbaycanda olur.
Bir çox ölkələrdə təşkil edilmiş festivallarda iştirak etmişlərini söyləyən qrupun rəhbəri Raymondas Mikolatis bildirmişdir ki, Azərbaycan haqqında eşitdiklərimizi öz gözlərimizlə gördük. Buradakı gözəlliklərlə bağlı eşitmək yox, görmək lazımdır. Azərbaycan xalqı çox qonaqpərvərdir. Litvaya ən xoş təəssüratlarımızı aparacağıq.
Qrupun xanım iştirakçısı Rasa Laymikene Azərbaycanın gözəlliyinə və mətbəxinə heyran olduğunu belə ifadə etmişdir: “Milli mətbəxinizdə hazırlanmış plov, kabab və dolmadan daddıq. Çayınız da çox ətirlidir. Biz xanımlar istəyirik ki, bu ləziz nemətlərdən ailəmiz üçün aparaq. İnanıram ki, bu arzumuzu da həyata keçirə biləcəyik. Ölkənizdə hər şey gözəl və ürəkaçandır. Bu festivalın bir dili var o da musiqidir. Bizi birləşdirən də məhz bu müqəddəs məqamdır”.
Festivalın ikinci günü qonaqlar, rayonun tarixi abidələri, görməli yerləri ilə də yaxından tanış olmuşlar.

Keçidlər