Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
1. 24 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
2. 24 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Avtovağzal, Məşğulluq Mərkəzi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 50 zibil konteyneri, 12 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 2 ərazidə 2 fərdi yaşayış evi və 5 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
3. 01 yanvar 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək rayon İcra hakimiyyətinə müraciət edən 511 imkansız, aztəminatlı, tənha-kimsəsiz və şəhid ailəsinə maddi yardım göstərilmişdir.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
24 avqust 2020-ci il tarixdə 808 nəfərlə görüşülmüş və onlardan 127 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 2 obyekt və 1 şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 47050 nəfərlə görüşülmüş və onlardan 5332 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 35 obyekt və 243 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
24 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3871 nəfərlə görüşülmüş, onlardan 916 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 1 nəfər kənd sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 241448 nəfərlə görüşülmüş, 45496 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 289 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
6. 24 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4679 nəfərlə görüşülmüş və 1043 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 2 obyekt və 2 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 288498 nəfərlə görüşülmüş və 50828 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 54 obyekt və 532 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.
7. 24 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 2 obyektin hər biri 200 manat və 1 nəfər şəhər sakini 100 manat, Şərəfə kəndində yas mərasimində 1 nəfər 200 manat olmaqla ümumilikdə 700 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
8. 24 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 25 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 8734 nəfərdən yaxma götürülmüşdür.