Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda RİH başçısı növbəti videoqəbulu keçirilib

25 avqust 2020 | 16:00

25 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.

Virtual qəbul zamanı Ərkivan qəsəbə sakini Samirə Sabir qızı Əliyeva həyat yoldaşının və övladının xəstə olması, Sığdaş kənd (Xanalion) sakini Əsədulla Dayan oğlu Əsgərov mühasibat işi ilə təmin olunması, Şərəfə kənd sakini Ağabala Sadiq oğlu Babayev kənd mədəniyyət evində Füzuli rayonundan olan qaçqın ailəsinin orada yaşaması, Şərəfə kənd sakini Yaqub Müzəffər oğlu Şahverdiyev pensiya yaşı çatsa da rayon DSMF tərəfindən incidilməsi barədə, Türkoba kənd (Şatıroba) sakinləri  Rabit Süleyman oğlu Quliyev və  Babakişi Qabil oğlu Nəzərov su tutarlarının lahiyəyə uyğun bərpa edilməməsi, Qızılavar kənd sakini Gülnar Qabil qızı İbadova maddi vəziyyətinin aşağı olması, Masallı şəhər sakini Nargilə Murad qızı Əliyeva həyətyanı torpağı olmaması və maddi vəziyyətinin aşağı olması, Masallı şəhər sakinləri Sevil Şaban qızı Salmanova rayonda gedən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə rəhbərinə, keçmiş və indiki icra başçısına minnətdarlıq, həmçinin həyətyanı sahəsinin bir hissəsinin hasara alınmasına kömək göstərmək, Əsmər Vasif qızı Yusifova maddi vəziyyətinin aşağı olması, Murad Fizuli oğlu Zeynalov rayonda gedən tikinti-quruculuq və abadlıq işlərinə görə ölkə rəhbərinə və icra başçısına minnətdarlıq, həmçinin evinin kiçik ticarət obyektinə keçirilməsi, Təzəkənd kənd sakini Firuzə Abasqulu qızı Əliyeva maddi vəziyyətinin aşağı olması barədə və s. ilə bağlı müraciətlərini bildirdilər.

Vətəndaşların müraciətlərini dinləyən Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün vətəndaş müraciətlərinin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Keçidlər