Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Şatıroba kəndində bərpa edilən sututarda gedən işlərlə tanış oldu

26 avqust 2020 | 16:00

26 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov  Şatıroba kəndində hazırda tikintisi davam etdirilən su tutarda görülən işlərlə yerində tanış olmuşdur.
25 avqust 2020-ci il tarixdə vətəndaşların virtual qəbul zamanı  Türkoba ərazisinin Şatıroba kənd sakinləri Rabit Süleyman oğlu Quliyev və  Babakişi Qabil oğlu Nəzərovun su tutarın tikintisinin lahiyəyə uyğun aparılmaması barədə etdikləri şikayət əsasında rayon İcra hakimiyyətinin başçısı 26 avqust 2020-ci il tarixdə su tutarla bağlı qaldırılan məsələ ilə yerində tanış olmuşdur. Tanışlıq zamanı məlum olmuşdur ki, su tutarı layihəyə əsasən bərpa olunur və orada heç bir layihədən kənar işlər aparılmır.
Karantin qaydaları gözlənilməklə rayon rəhbəri vətəndaşlarla söhbət edərək bildirdi ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planının 2 nömrəli Əlavəsində nəzərdə tutulmuş Viləşçay su hövzəsinin həcmi 132 milyon kubmetrə çatdırılacağı nəzərdə tutulub. Masallı rayonunda mövcud olan 24 min 964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır.
1986-cı ildən istifadəyə verilən, ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsi ilə hazırda 9900 hektara yaxın əkin sahələri suvarılır.
Yeni layihəyə əsasən, Viləşçay su dəryaçasının hündürlüyü daha 16 metr qaldırılacaq. Bununla da bənddə yığılan 132 milyon kub metr su ehtiyatının faydalı həcmi 120 milyon kubmetr təşkil edəcəkdir. Bənddə yığılan su ehtiyatı Masallı rayonu ilə birgə Cəlilabad rayonunun da suya olan tələbatını qarşılayacaqdır.
Görülən tədbirlər Masallıda aqrar sahənin inkişafına böyük təkan verəcək, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan çəltik və tütün sahələrinin suvarılmasının həyata keçirilməsini təmin edəcəkdir. Tikilən indiki su tutar da kənddə əkin sahələrinin suvarma yolu ilə təminatını yaxşılaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, su tutarın bərpasına cari ilin əvvəlindən başlanılıb, sentyabrın axırına kimi istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Sonda Şahin Məmmədov görüş zamanı karantin qaydalarına riayət etməklə sakinləri diqqətlə dinləyib və onları narahat edən məsələlərə maraqlanıb. Belə ki, vətəndaşlardan Rəhimova Fəqanə Hüseynağa qızı evinə gedən qaz xəttinin bərpasını, ağsaqqal və ziyalılar bəndin daxilində olan kanalın genişləndirilməsini və ərazidə yüksək gərginlikli eletrik xətti üzrərində olan bir ədəd qəzalı dirəyin dəyişirilməsini xahiş etmişlər. Vətəndaşların xahişini dinləyən rayon rəhbərinin tapşırığı ilə vətəndaşın evinə gedən qaz xətti bərpa edilmiş, elektrik dirəyi dəyişdirilmiş və bəndin daxilindəki kanalın genişləndirilməsinə başlanılmışdır.

Keçidlər