Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Şəhla Fətullayeva və başqalarından, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu gün ölkəmizdə Sizin rəhbərliyinizlə bir çox sahələrdə islahatlar aparılır. Ümummilli liderimiz Heydər Əliyevin təhsil sahəsində apardığı islahatların Sizin tərəfinizdən uğurla davam etdirilməsi vətəndaşların rəğbəti ilə qarşılanır.
Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi barədə 2020-ci il 11 avqust tarixli sərəncamınız kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Bu sərəncam Sizin uğurlu siyasətinizin bariz nümunələrindən biridir.
Cənab Prezident, biz kənd sakinləri, o cümlədən ağsaqqallar, ziyalılar Sizə dərin təşəkkürümüzü bildirir və bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Dərin rəğbət hissi ilə,
Qızılağac kənd sakinləri
Fətullayeva Şəhla Aslan qızı
Abbasova Güntəkin Rahib qızı
Abdullayeva Sevil Kamil qızı
Xəlilova Şəkifə Malik qızı
Qəribova Züleyxa Ramazan qızı və başqaları (cəmi 207 nəfər).
Azərbaycan Respublikası, Masallı rayonu, Qızılağac kəndi.