Şriftin ölçüsü :

Saytın rəngi :

"Halay" xaricə gedir

21 iyun 2014 | 15:00

İyulun 2-dən 6-na qədər Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. 10-dan çox ölkənin qatıldığı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Ölkəmizi bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.

Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca "Azərbaycan musiqisi gecəsinin" təşkili nəzərdə tutulur.

Keçidlər