“Azərbaycan” küçəsi abadlaşır
Masallı şəhərində abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr, park və meydanlar yenidən qurulur, səkilər yaradılır. Hasarlara suvaq çəkilir, fərdi yaşayış evlərinin qapıları rənglənir.
27 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov karantin qaydalarını gözlənilməklə şəhərin “Azərbaycan” küçəsində olmuş, burada abadlıq-quruculuq, tikinti işləri ilə maraqlanmışdır. Rayon rəhbəri burada çalışan fəhlələrin işi ilə tanış olmuş, iş icraçısına müvafiq tövsiyələrini bildirərək qeyd etmişdir ki, hasarların hündürlüyü simmetriya təşkil etməli, ağaclar insanların və maşınların hərəkətinə mane olmamalıdır.
Habelə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Milli Məclisin üzvü Məşhur Məmmədovla birlidə yeni tikilən uşaq bağçasında gedən işlərlə yerində tanış olmuşlar və müvafiq tövsiyələrini vermişlər.