Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Şahmat” idman növü üzrə “Könüllülər Kuboku” yarışı

28 avqust 2020 | 16:00

Masallıda gənclər (oğlanlar və qızlar) arasında “Şahmat” idman növü üzrə “Könüllülər Kuboku” yarışı keçirilmişdir

27-28 avqust 2020-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfində imzalanmış “Könüllülər Kuboku”nun əsasnaməsinə müvafiq olaraq, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Uşaq-Gənclər,İdman-Şahmat məktəbinin qarşısında “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə Masallı rayonu üzrə gənclər (oğlanlar və qızlar) arasında “Şahmat ” idman növü üzrə yarış keçirilmişdir.

Açıq havada keçirilən yarış, 16-29 yaşlı oğlan və qızlar arasında təşkil olunub. Gərgin idman mübarizəsi şəraitində iki gün davam edən şahmat yarışının yekun nəticələrinə əsasən, oğlanlar arasında: Dadaşov Dadaş İbrahim oğlu I yerə, Bəşirov Mircavad Mirtəbib oğlu II yerə, Hüseynov Hüseyn Sübhan oğlu III yerə layiq görülmüşdür. Qızlar arasında: Heybətova Məryəm İsməli qızı I yerə, Bəyoğlanlı Ləman Mehman qızı II yerə, Sadıqzadə Səma Kənan qızı III yerə layıq görülmüşdür.

İsveçrə sistemi ilə keçirilən yarışda qaliblər Masallı rayon Gənclər və İdman İdarəsinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin rəhbərlərinin birgə imzaladıqları diplomlarla təltif olunublar

Keçidlər