Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Kolatanda körpü təmir edilir

28 avqust 2020 | 16:00

Kolatan ərazisində yolların təmiri və bərpası işləri davam etdirilir.

Bildiyimiz kimi 1450 metr uzunluğunda olan Böyük Kolatan-Seyidoba yolu asfaltlanıb.
Növbəti layihə çərçivəsində isə ərazinin Aşağı Kolatan adlanan hissəsində 100  metrə yaxın yolun torpaq qatı 2 metr qaldırılaraq, yolun üzərində olan körpünün təmirinə başlanılıb.

Təmir-bərpa işləri Milli Məclisin deputatı Anar İsgəndərovun təşəbbüsü, eləcə də kənddə və Rusiyada yaşayan imkanlı şəxslərin köməyi ilə həyata keçirilir.

Ərazidə yol infrastrukturunun yenidən qurulması işlərinin bundan sonra da davam etiriləcəyi bildirilib.

Keçidlər