Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri
1. 31 avqust 2020-ci il tarixdə rayon ərazisində koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri barədə malumatlar.
2. 31 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 bankın qarşısı, avtovağzal, 12 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 9 terminal və 14 bankomat dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
31 avqust 2020-ci il tarixdə 370 nəfərlə görüşülmüş və onlardan 100 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 2 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 50761 nəfərlə görüşülmüş və onlardan 6030 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt və 253 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
31 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3787 nəfərlə görüşülmüş, onlardan 1549 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 266513 nəfərlə görüşülmüş, 54232 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 289 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
5. 31 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4157 nəfərlə görüşülmüş və 1649 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 2 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 317274 nəfərlə görüşülmüş və 60262 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 542 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.
6. 31 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Qaydaları pozan 2 nəfər şəhər sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşdur.
7. 31 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 34 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 8939 nəfərdən yaxma götürülmüşdür.