Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib

01 sentyabr 2020 | 16:00

01 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.

Virtual qəbul zamanı Güllütəpə kənd sakini Vaqif Mirhadı oğlu Mütəllimov ərazidə qazın təzyiqinin aşağı olması və  müraciətinə operativ baxılmasına görə minnətdarlıq, Güllütəpə İƏD-nin Yeni Zuvand kənd sakini Hafiz Abuş oğlu Əhmədov, qızının nikahının bağlanmasına kömək,  Masallı şəhər sakini Xalidə İbad qızı İbadova yaşadığı binanın qarşısındakı ağacların MİS-in işçiləri tərəfindən kəsilməsi, Kolatan kənd sakini Zamik Elxan oğlu Cabbarov maddi vəziyyətinin pis olması,  Öncəqala kənd sakini Asif Nəsirağa oğlu Zeynalov işlə təmin olunması, Yeyənkənd kənd sakini Vüqar Vurğun oğlu Adıgözəlov evinin hər tərəfindən çirkab suların axıılması,  Lürən kənd sakini Rəfail Tarix oğlu Mahmudov ona məxsus dükanının sökülməsi, Qəriblər kənd sakini Cəmaləddin Aşur oğlu Abıyev kəndçilərinin onu haqqsız məhkəməyə verməsi, Göyəçöl kənd sakini Aidə Ağalı qızı Həsənova maddi yardım alması, Ərkivan qəsəbə sakini Səxavət Eyvaz oğlu Səfərov həyətyanı torpaq sahəsi ilə bağlı, Qızılağac kənd sakini Surəddin Əbilhəsən oğlu Əbilov bələdiyyə sədrinin özbaşnalığı və icarə torpaq işi, Banbaşı İƏD-nin Böyük Xocavar kənd sakini Yeganə Fəyzullayeva maddi yardımla bağlı, Birinci Yeddioymaq kənd sakini Tarif Adı oğlu Abuşov, həyat yoldaşını itirən qızı Südabə Xanəliyvanın həyətinə giriş-çıxış yolunun verilməsi, İkinci Yeddioymaq kənd sakini Oktay Möhsüm oğlu Abdullayev RİH-də şikayətinə düzgün baxılmaması və pay torpağının yararsız olması, Musaküçə kənd sakini Dilarə Qəribxan qızı Teymurova həyətində yeni tikdiyi evin tikintisinin dayandırılması və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Keçidlər