Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir.

09 iyun 2022 | 18:03

09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvermə komissiyası” ilə birlikdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, həmin komissiyanın sədri Məmmədhüseyn Hüseynovun sədrliyi ilə iclas keçirilmişdir. İclasda komissiyanın gündəliyində duran vəzifələr müzakirə edilmişdir. Daha sonra gənclərin narkomanlığa qurşanması, onların təhsildən yayınmasının qarşısının alınması və cəmiyyət üçün layiqli bir şəxsiyyət kimi formalaşdırılması məqsədi ilə rayon və şəhər ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə Masallı şəhər 4 saylı tam orta məktəbdə tədbir həyata keçirilmişdir.

Tədbirdə “Müasir dünyada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq son dərəcə mürəkkəb ictimai və böyük bəladır. Dünyada bu bəla ən qorxulu, sağalmaz xəstəlik kimi ölçüyə sığmır və insanlara saysız hesabsız ziyan vuraraq  mənəvi əzablar verir” mövzüsunda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov çıxış etmişdir.

Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı polis kapitanı Şahlar Zeynalov müəllim və şagirdlər qarşısında çıxış edərək vurğulamışdır ki, narkotik vasitələrdən istifadə  daha çox gənclər arasında yayıldığını,gənclərin narkomanlığa qurşanması onların təhsildən yayınmasına, yüngül həyat tərzi keçirtməsinə, sağlamlığlarının zərbə altında qalmasına səbəb olur və dünyada hər il on minlərlə insanın bu bəlanın qurbanına çevrilir.

Keçidlər