Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya günü münasibəti ilə rayon İcra hakimiyyəti nəzdində Heydər Əliyev idarəetmə universitetinin “Heydər Əliyevin hüquq sahəsində siyasəti və müasirləşmə” mövzusunda növbəti məşğələsi keçirilmişdir.

13 noyabr 2012 | 16:00

Məşğələ Ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklərin qoyulması ilə başlamışdır. Məşğələni Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq iştirakçıları salamlamış və Konstitusiya günü münasibəti ilə təbriklərini çatdırmışdır.
Qeyd etmişdir ki, Azərbaycan Respublikasında dövlətçiliyin inkişaf mərhələlərinə uyğun olaraq müxtəlif tarixi dövrlərdə bir neçə konstitusiya qəbul edilmişdir.
Müstəqillik tarixində Azərbaycanda ən əlamətdar hadisələrdən olan ilk Konstitusiyamız Ümummilli Liderimiz Heydər Əliyevin şəxsən rəhbərliyi altında yaradılmış komissiya tərəfindən layihə şəkilində hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə Ümumxalq Səsverməsinə-Referenduma çıxarılıb və qəbul edilib. Bu müddət ərzində 2002-ci ilin 24 avqustunda, həmçinin 2009-cu ilin mart ayının 18-də konstitusiyamıza əlavə və dəyişikliklər edilmişdir.

Masallı rayon Məhkəməsinin sədri Cahangir Nəsibov “Heydər Əliyevin hüquq sahəsində siyasəti və müasirləşmə” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Bildirmişdir ki, 12 noyabr 1995-ci ildə Azərbaycan Xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə ümumxalq səsverməsi-referendum yolu ilə ilk milli konstitusiyasını qəbul etmişdir.
Azərbaycan dövlətinin ulu öndəri Heydər Əliyevin rəhbərliyi və siyasi müdrikliyi sayəsində günü-gündən inkişaf etməsi, dünya dövlətlərinə inteqrasiyası, eyni zamanda 1995-ci ilin 12 noyabrda qəbul olunmuş konstitusiyanın daha da təkmilləşdirilməsi və tanınması kimi mühüm tədbirlər həyata keçirilmiş və nəhayət 24 avqust 2002-ci il tarixli referendumda qəbul edilmiş və 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına uyğun olaraq konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Məşğələdə rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, Mahmudavar kənd orta məktəbinin tarix müəllimi Qumru Əhmədov və başqaları çıxış edərək Xalqın iradəsinin aydın ifadəsi olan 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da insan hüquqlarının və azadlıqlarının təmin edilməsi barədə dövlətimizin ali məqsədi haqqında söhbət açmış, Azərbaycan Respublikası Konstitusiyası insanların hüquq və azadlıqların müdafiəsinin təmin edilməsi ölkəmizin qarşısında duran mühüm və mürəkkəb vəzifələrin həlli istiqamətində əsas faktorlardan biri olduğunu qeyd etmişlər.
Ulu öndərimizin layiqli davamçısı olan, Heydər Əliyev siyasətini uğurla davam etdirən hörmətli prezidentimiz, Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlaması tarix üçün olduqca qısa zaman kəsiyi olsa da bu müddət təsdiq etdi ki, dövlətimizin başçısı idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir ölkə vətəndaşının Azərbaycan dövlətçiliyinin inkişafında yeri vardır. Cənab prezident Azərbaycan Respublikasında iqtisadiyyatın, idmanın inkişafında, savadlı kadrların yetişdirilməsində böyük addımlar atmış və çox böyük uğurlara nail olmuşdur. Bunun təzahürüdür ki, bütün Azərbaycan xalqı cənab prezidentin ətrafında sıx birləşmiş, onun siyasətini bəyənir və dəstəkləyirlər.
 

Keçidlər