Şriftin ölçüsü :

Saytın rəngi :

Xırmandalı kəndində yolların təmiri davam edir

02 sentyabr 2020 | 16:00

Masallı rayon Xırmandalı kəndində eni 3,5-4 metr, uzunluğu 1500 metr olan kənd daxili yollarına ümumilikdə 34 maşın doğranmış çınqıl tökülərək hamarlanıb. Qış mövümündə bəzi küçələrin keçilməz olduğunu nəzərə alıb 3 maşın daha tökülərək hamarlanması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, yolların təmirinə Masallı rayon İcra hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyəsinin təşəbbüsü ilə başlanılmış, xeyriyyəçi kənd sakini Sadiq Quliyevin və kənd sakinlərinin maddi dəstəyi ilə başlanılmışdır. Küçələrə tökülmüş  doğranmış çınqılı hamarlamaq üçün isə qreyerlənmə işlərini tam olaraq Milli Məclisin deputatı Məşhur Məmmədov öz üzərinə götürmüş və həyata keçirir. Hal hazırda Xırmandalı kəndinə yolların təmiri işləri davam etdirilir.

Keçidlər