Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sitrusçuluğa xüsusi diqqət var

02 sentyabr 2020 | 16:00

Son illər Masallıda sitrusçuluğa xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafı məqsədilə 16,40 hektar sahədə feyoxa meyvə bağları salınıb.

Ərkivan qəsəbəsində 5, Kolatanda 3,8 hektarda, Mahmudavarda 3, Viləş kəndində 1, Köhnə Alvadıda 1, Hişkədərədə 1, Tüklədə 1,5 hektarda, Təzə Alvadıda 0,1 hektardakı həmişəyaşıl feyxoa bağları göz oxşayır.

Ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərilir, vaxtaşırı məhsul əldə edilir.

Bu sahədə böyük təcrübəyə malik fermerlərdən Etibar Sadıqov, Əfqan Babayev bildirirlər ki, feyxoa əkininə maraq ildən-ilə artır. Çünki istənilən vaxt əlverişli qiymətə satılır, aqrotexniki qulluğa o qədər də təlabkar deyil. Bu ətirli bitkini becərmək o qədər də ağır zəhmət tələb etmir. Onu hətta çay, limon, narıngi üçün yararlı olmayan torpaq sahələrində də əkmək mümkündür. Feyxoanı digər sitrus bitkiləri kimi şaxtadan qorumaq da lazım gəlmir, yalnız qarlı havada örtüklə bürümək lazımdır ki, məhsuldar budaqlar sınmasın.

Təsərrüfatçılar deyir ki, istisevən feyxoa rütubətli torpaqda, günəşli ərazilərdə yaxşı inkişaf edir ki, bu da bizim rayonun iqliminə uyğundur.

Qeyd edək ki, iyun ayında çiçəkləyən feyxoa ağacının meyvələri oktyabr-noyabr aylarında yetişir.

Keçidlər