Masallıda yay şumu gündən-günə sürətlənir
Yay şumunun vaxtında və keyyfiyyətli vurulması ziyanvericilərin və süfrələrinin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
Bu barədə fermerlərlə aparılmış marifləndirici tədbirlər öz nəticəsini verir.
Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər.
02 sentyabr 2020-ci il tarixdə rayon üzrə 79 hektar sahəyə yay şumu vurulub və hal-hazırki vəziyyətdə ümumilikdə rayon üzrə 2850 hektar sahədə yay şumu vurulmuşur. Hazırda Masallı rayonunda torpaq sahələrinin şumlanması işi mütəşəkkil başlamış və kənd təsərrüfatında ən məhsul dövrü hesab olunan yay şumu sürətlə davam etdirilir.