Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda arıçılığa maraq artır

04 sentyabr 2020 | 16:00

Min bir dərdin dərmanı olan balın istehsalı ildən-ilə yüksəlir. Hazırda rayon ərazisində 564 arıçıda 9918 arı ailəsi mövcuddur. Dövlət tərəfindən subsidya verilməsi arıçıları daha da ruhlandırmışdır.

Hazırda rayonun ən böyük arıçılıq təsərrüfatı olan Sərçuvarda 36 arıçının öhdəsində 1210 ailə mövcuddur. Ərkivanda 585, Yeddioymaqda 340, Xırmandalıda 560 arı ailəsi var.

İlin sonuna kimi bal istehsalını artırmağa söz verən arıçılar bu sahənin inkişafına diqqəti daha da artıracaqlar.

Keçidlər