Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il naringi ağacları yaxşı bar verəcək

04 sentyabr 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin çayçılığın, sitrusçuluğun, çəltikçiliyin inkişafı ilə bağlı müşavirəsindən (3.09.2017, Lənkəran) sonra bu sahə yenə gündəmdədir. Masallı rayonunda aqrar sektorun gəlirli sahələrindən olan sitrusçuluğu inkişaf etdirmək üçün geniş perspektivlər var.

Rayonda 3,90 hektar payıbəlli torpaq sahələrində yerli şəraitə uyğun naringi bağları salınıb.

Dövlətimizin, rayon rəhbərliyinin qayğısını hər an hiss edən Lürən (2,4 hektar), Mahmudavar (1 hektar), Kolatan (0,5 hektar) və digər ərazilərin təsərrüfatçıları əkin sahələrini ildən-ilə genişləndirirlər.

Sitrusçuluqla məşğul olan rayon fermerləri əsasən “Karlo” deyilən nazik qabıq və tez yetişən növə üstünlük verirlər. Naringi yetişdirənlər deyir ki, ağaclar yayın istisindən, qışın sazağından, xəstəliklərdən qorunmalıdır. Yazda norma gözlənilmək şərtilə suvarmaların sayını artırmaq vacibdir.

Noyabr ayından etibarən naringi yığımına başlanılacaq. Fermerlər bu il məhsuldarlığın bol olacağına əmindirlər.

Keçidlər