Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

04 sentyabr 2020 | 16:00

1. 03 sentyabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, İcra hakimiyyətinin qarşısı, Avtovağzal, Mərkəzi Poçt,  5 bankın qarşısı, 9 terminal, 14 bankomat,  12 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 ərazidə 1 fərdi yaşayış evi, 1 ümumi orta məktəbi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

  2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
03 sentyabr 2020-ci il tarixdə 340 nəfərlə görüşülmüş və onlardan 95 nəfərin maskasız olması müəyyən edilmişdir. 1 nəfər şəhər sakini polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 51784 nəfərlə görüşülmüş və onlardan 6336 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 45 obyekt  və 254 nəfər şəhər sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
03 sentyabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2097 nəfərlə görüşülmüş, onlardan 1738 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 276278 nəfərlə görüşülmüş, 59685 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 19 obyekt və 289 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. 03 sentyabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 2437 nəfərlə görüşülmüş və 1833 nəfərin maskasız olması müəyyən olunmuşdur. 1 nəfər şəhər sakini polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 328062 nəfərlə görüşülmüş və 66021 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 64 obyekt və 543 nəfər rayon sakini Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.

5. 03 sentyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı 1 nəfər Masallı şəhər sakini 100 manat məbləğində cərimə olunmuşdur.

   6. Ümumilikdə rayon üzrə 9024 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər