Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA POLİS GÜNÜ QEYD EDİLDİ

03 iyul 2014 | 15:00

02 iyul 2014-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 2 iyul “Polis günü” təntənəli şəkildə qeyd olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbiri rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq Ulu öndər  Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-də ölkəmizdə Polis gününün qeyd olunmasını, bu gün Azərbaycan polisinin 96-cı ildönümü olmasını qeyd edərək bu münasibətlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyində xidmət göstərən bütün polis əməkdaşlarını, o cümlədən Masallı rayon Polis şöbəsinin asayiş keşikçilərini və polis veteranlarını təbrik etmiş, möhkəm can sağlığı, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan olunmuşdur. Masallı rayon Polis şöbəsinin rəisi polis polkovniki Nəriman İmanov məruzə ilə çıxış etmişdir.

Tədbir iştirakçılarından Masallı rayon prokuroru, baş ədliyyə müşaviri Fikrət Əsgərov, Masallı rayon məhkəməsinin sədri Hilal Xəlilov, Polis veteranı, polis veteranları şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Tofiq Şahmarov, Gənc polis, polis leytenantı Vüqar Əsgərov, Polis veteranı, Masallı rayon əmək və müharibə veteranları şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev və başqaları çıxış etmişlər.

Tədbirin sonunda nümunəvi davranışı və xidməti ilə fərqlənmiş şöbənin bir qrup əməkdaşı Masallı rayon İcra hakimiyyəti başçısının və Polis şöbəsi rəisinin fəxri fərmanları ilə təltif olunmuş, polis veteranlarının bir qrupuna isə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər