Masallının Eminli kənd sakinindən nümunəvi addım
05 sentyabr 2020 | 16:00
05 sentyabr 2020-ci il tarixdə Masallı rayon Qarğalıq ərazisinin Eminli kənd sakini Eminov Sücaət Əlibala oğlu ali məktəbə qəbul üçün sənəd vermiş abuturiyent qızının yüksək bal toplaması ilə əlaqədar xüsusi karantin rejimini nəzərə alaraq 1 baş iri buynuzlu mal-qara kəsərək hər biri 2 kq olmaqla 60 imkansız ailəyə ehsan olaraq paylamışdır.
Xüsusi karantin rejimi dövründə Eminli kənd sakini S. Eminovun təqdirəlayiq təşəbbüsü rayon ictimaiyyəti tərəfindən nümunəvi addım kimi dəyərləndirilib.