Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfə kəndində fermer təsərrüfatı

05 sentyabr 2020 | 16:00

Şərəfə kəndində fermer fəaliyyəti ilə məşğul olan “Tərəqqi” medallı Rafət Abasov bolluq uğrunda mübarizəsini tək çiyələk yetişdirməklə bitirmir. O, icarəyə götürdüyü 23 hektar torpağın 12 hektarında buğda, 3 hektarında arpa, 4 hektarında kartof və 1 hektarında soğan yetişdirib. Kartofun hər hektarından 25 ton məhsul götürüb. Faraş məhsulu Rusiyaya göndərməyə nail olduğundan gəliri xeyli artırıb.

Çiyələkçiliyi inkişaf etdirmək üçün daha 3 hektar sahədə əkinə hazırlıq işləri gedir. Qabaqcıl fermerin yaratdığı kollektivdə 10-15 nəfər çalışır. Onların 6-sı ərazinin özündən, qalanı ətraf kəndlərdən gəlir. Fermer R. Abasov deyir ki, hər birinin zəhməti düzgün dəyərini tapır – 300-350 manat arası məbləğində əmək haqqı alırlar.

Keçidlər