Masallı RİH başçısı növbəti videoqəbulda vətəndaşların müraciətlərini dinləyib
5 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Lürən (Mollayüsifli) kənd sakini Höccət Növruzov, Vəfadar Nəzərov və başqaları kənd məscidinin həyətində mərasim evinin tikilməsi, Mahmudavar kənd sakini Hakim Hüseynov su tutarından kəndə su verilməməsi, Masallı şəhər sakini Arif Fərzullayev evinin yanında olan kanalın və yolun bərbad olması, Masallı şəhər sakini Cabir Qəribov əlilik dərəcəsi və dərman almağa resept yazılmaması, Öncəqala (Hüseynhacılı) kənd sakini, onurğa problemli xəstə Gülqədəm Ağayeva «EMERTE»yə salınması barədə, Qızılavar kənd sakini Naqdiəli Əliyev işlə təmin olunması, Qızılavar kənd sakinləri Rəcəb Ağayev, Mirzəbala Mirzəyev və Nəcəfəli Ağayev Təzəkənd kəndində olan pay torpaqları və s. ilə bağlı müraciətləri dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqlar verərək videobağlantı zamanı səslənən müraciət və təkliflərin heç birinin diqqətdən kənarda qalmayacağını, onların ətraflı öyrənilib, həll olunmasından ötrü müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.