Şriftin ölçüsü :

Saytın rəngi :

Xırmandalı kəndində həkim məntəqəsinin açılışı

10 iyul 2014 | 15:00

10 iyul 2014-cü il tarixdə Masallı rayonunun Xırmandalı kəndində həkim məntəqəsinin açılış mərasimi olmuşdur.
  Mərasimi giriş sözü ilə açan Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimov gələn qonaqları salamlamış, belə bir müasir həkim məntəqəsinin tikintisinə görə ölkə prezidenti Cənab İlham Əliyevə və bütün əməyi keçən şəxslərə öz adından və kənd sakinləri adından minnətdarlığını bildirmişdir.
Xırmandalı kənd Ağsaqqallar Şurasının sədri Əhliman Hüseynov, Xırmandalı kənd tam orta məktəbinin müəllimi Azadə Xəlilova, kənd sakini Möhübbət Qasımov və başqaları əhaliyə xidmət göstərəcək səhiyyə müəssisəsinin ən müasir tibb avadanlığı ilə təmin edilməsinə, regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirmişdir.
  Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq vurğulamışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, bütün rayonlarda olduğu kimi Masallı rayonunda da, o cümlədən Xırmandalı kəndində  də   sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir, əhalinin vəziyyəti yaxşılaşır və bu sahədə işlər davam.  Bu gün açılışını etdiyimiz həkim məntəqəsi müasir tələblərə cavab verən şəkildə təchiz olunması  bu inkişafın əyani sübutudur. Dövlət rəhbərinin səhiyyə sistemində apardığı uğurlu islahatlar regionlardan uzaq kəndlərdə səhiyyə ocaqlarının bərpa etdirilməsi  sağlam cəmiyyətinin formalaşmasına, ölkə vətəndaşlarının daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaradır.
  Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşlar.

Keçidlər