Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir
09 sentyabr 2020 | 16:00
Masallı rayonunun Təzə Alvadı kəndində 0,20 hektar sahədə salınmış gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir.
Təsərrüfatçı Ələsgər Fətullayev bildirib ki, 10 il əvvəl əkilən gilas ağaclarından 7 ildir ki,məhsul toplanır. Hər ağaca görə məhsuldarlıq 30 kiloqram təşkil edir.
Bağda 100-ə yaxın barverən ağ, qırmızı, “Öküzürəyi” və başqa gilas növləri becərilir.
Ə.Fətullayev damcılı suvarma üsulunun bir çox üstünlüklərini qeyd edib: “Su damcıladıcılar vasitəsilə birbaşa bitkinin kökünə çatdırılır. Həmçinin su ilə birlikdə ehtiyac olan gübrələri də bitkiyə ötürmək olur. Suya da qənaət edilir.”