Şriftin ölçüsü :

Saytın rəngi :

Səmidxan kəndində inşa olunmuş uşaq bağçasına baxış keçirildi.

09 sentyabr 2020 | 16:00

Masallı RİH başçısı Şahin Məmmədov Səmidxan kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş müasir standartlara cavab verən 100 yerlik uşaq bağçası-körpələr evində görülən işlərlə tanış olmuşdur. Tanışlıqdan sonra RİH başçısı Şahin Məmmədov əhalinin güzəranı, təsərrüfat işləri ilə maraqlanmışdır.
Kənd sakinlər bildiriblər ki, kənddə qaz, işıq fasiləsiz verilir, yay şumu davam etdirilir.
Ərazinin abadlığından bəhs edən icra başçısı ağac əkinlərini bütün hallarda həyata keçirməyi, çox ciddi qorunmasını diqqətə çatdırıb.
Vətəndaşlara verilən qaza və işığa görə pulların vaxtlı-vaxtında ödənilməsi tövsiyə olunub.
Ərazi sakinləri Ölkə rəhbəri Cənab İlham Əliyevə minnətdarlıq bildirib, icra başçısının tövsiyələrinə əməl edəcəklərinə söz veriblər.

Keçidlər