Xırmandalı kəndində vətəndaş məmnunluğu
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Xırmandalı kəndinin mərkəzindən keçən su kanalında gedən işlərlə yerində tanış olmuşdur.
Rayon rəhbəri ilə görüşdə kənd sakinlərindən Yusif Abbasov, Nazim Abuşov, Möhübbət Qasımov, Məhəmməd Ramazanov, Rahil Abdullayev və başqaları çıxış edərək ərazidə yüksək gərginlikli eletrik xətti üzrərində olan bir neçə ədəd qəzalı elektrik dirəyinin dəyişdirilməsi, Xırmandalı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi, artezian quyusunun qazılması və gələcəkdə Smartkart tiplisayğcların ərazidə quraşdırılması təkliflərini vermişlər.
İcra başçısı Şahin Məmmədov görüş zamanı karantin qaydalarına riayət etməklə sakinləri diqqətlə dinləyib və onları narahat edən məsələlərə aydınlıq gətirib.
Rayon rəhbəri artezian quyusunun qazılması üçün qazıntı işi aparılmasını və yeni məktəb tikintisi üçün mərkəzi təşkilatlara rayon İcra hakimiyyəti tərəfindən təkliflərin olunduğunu bildirdi və bəzi məsələlərin yerində həll olunmasına dair tapşıqıqlarını verdi. Vətəndaşlara təbii qaz və elektrik enerjisinə görə ödənişlərin vaxtında ödənilməsi tövsiyə etdi.
Kənd sakini Svetlana Abbasova yaşadığı evə qaz xəttinin çəkilməsi və ÜSY-nin ona verilməsinə kömək göstərməsi xahişi ilə müraciət etdi.
Vətəndaşların xahişini dinləyən rayon rəhbərinin tapşırığı ilə vətəndaşın evinə qaz xəttinin çəkilməsi tapşırıldı. İkinci məsələ ilə bağlı S.Abbasovaya izah olundu ki, sənədlər və müraciət elektron formada hazırlanır.
Həmçinin Xırmandalı kənd sakinləri rayon rəhbərinə böyük etimad göstərib həmkəndliləri Məmmədhüseyn Hüseynovu Masallı rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin etdiyinə görə dərin minnətdarlıqlarını bildirdilər.