Xüsusi mülkiyyətçilər və fermerlərlə görüş
14 iyul tarixində Masallı rayon Təzə Alvadı kəndi ərazisində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov xüsusi mülkiyyətçilər və fermerlərlə görüşmüşdür.
İlk öncə tədbir iştirakçıları yaxınlıqdakı çiyələk plantasiyasına baxış keçirmişlər. Sonra tədbir ərazidə yerləşən “REXO” yeməkxanasının həyətində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallı rayonunun aqrar rayon olduğunu vurğulayaraq 25 min əkinə yararlı torpaq sahəsindən 11354 ha taxıl, 2547 ha tərəvəz, 1460 ha kartof, 519 ha bostan və 626,5 ha sair əkinlərin təşkil etməsini vurğulayaraq toplantı iştirakçılarını məlumatlandırmış və tədbir iştirakçılarını öz təkliflərini verməyə çağırmışdır.
Tədbirdə iştirak edən xüsusi mülkiyyətçi və fermerlərdən Etibar Sadıqov, Vəli Muxtarov, Əzizağa Lətifov, Aslan Cəfərov, Hüseynağa Məmmədov və başqaları çıxış edərək aqrar rayon olan Masallı rayonunun kənd təsərrüfatına göztərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda bütün fikirləri dinləyən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının kənd təsərrüfatı sahəsinə xüsusi diqqətinin olmasını və bu səbəbdən də ölkə başçısının tapşırığına əsasən regionlarda əkin sahələri ilə tanış olmasını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Görüşdə səsləndirilən təklifləri aidiyatı təşkilatlara çatdırılmasını və nəzarətdə saxlanılacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.