Şriftin ölçüsü :

Saytın rəngi :

Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış

13 sentyabr 2020 | 16:00

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun iştirakı ilə Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış keçirilib.

Məlumat üçün bildirək ki, uşaq müəssisəsi RİH-in təşəbbüsü, Heydər Əliyev fondunun dəstəyi ilə iş adamı Sərxan Babayev tərəfindən təmir olunub.

Rayon rəhbəri 60 yerlik uşaq bağçasında görülən işlərlə tanış olub, məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

İki mərtəbəli bağça binasında əyləncə, yataq, idman, məşğələ, tibb otaqları, mətbəx və yeməkxana, sanitar qovşaqları, ərzaq anbarı və digər otaqlar keyfiyyətlə hazırlanıb.

Bağçanın müdiri Zenfira Bağırova məlumat verib ki, 3 qrup üzrə fəaliyyət göstərəcək bağçada 16 işçi çalışacaq ki, bunlardan 5-i tərbiyəçi-müəllimdir.

RİH başçısı Şahin Məmmədov kollektivlə görüş zamanı bildirib ki, bu gün uşaqların yüksək təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. O, bu sahədə Ümummilli Lider Heydər Əliyevin, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğulayıb.

Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə respublikamızda hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir və ya əsaslı təmir olunur.

Təhsilin mənbəyi hesab olunan məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində Masallıda mühüm addımlar atılmaqdadır.Bu il rayonda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi nəzərdə tutulub. Artıq bu sahədə işlər görülməkdədir.

Kollektiv ölkə və rayon rəhbərinə, bağçanın əsaslı təmirində zəhməti keçən hər kəsə minnətdarlıq bildirib.

 

 

Keçidlər