Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda növbəti xeyriyyə aksiyası Mişkəmi kəndində

14 sentyabr 2020 | 16:00

Hişkədərə ərazisinin Mişkəmi kənd sakinləri Məhərrəm ayı və «Aşura» günləri xususi karantin rejiminin tələblərini yerinə yetirərək xeyirxah addım atmağa səy ediblər. Belə ki, həmin günləri ehsana sərf olunacaq vəsaiti camaat  60 işıq dirəyinin, gecə işıqlarının quraşdırılmasına sərf edib.
     Bu barədə məlumat verən Masallı Rayon İcra Hakimiyyəti başçısının Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərova bildirmişdir ki, Mişkəmi kəndinin mərkəzi küçələri və məhəllələr kənd sakinlərinin şəxsi vəsaiti hesabına işıqlandırılır.

    Ümumilikdə, küçələrə 60 işıq dirəyi basdırılacaq. Artıq bu dirəklərdən 30 ədədi basdırılmış və fənərləri quraşdırılaraq hazır vəziyyətə gətirilmişdir. Bu da kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

Keçidlər