Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir

14 sentyabr 2020 | 16:00

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir. Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.

Binanın tikintisi başa çatdırılmış, üstünün damı örtülmüşdür. Hazırda yeni bağçanın içərisinin, fasadının bəzək və suvaq işləri görülür.

Tikinti obyektində işlər gündən-günə sürətlənir.

Keçidlər