Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı yeni tədris ilinin ilk günü şəhər 1 nömrəli tam orta məktəbində

15 sentyabr 2020 | 16:00

15 sentyabr 2020-ci il tarixdə Masallı şəhər 1 nömrəli tam orta məktəbi öz qapılarını növbəti dəfə şagirdlərin üzünə açdı.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov şəhər 1 nömrəli tam orta məktəbinə gələrək, yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi səmimi təbriklərini çatdırıb. Rayon rəhbəri bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra böyük öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Masallıda da uğurla icra olunur. Yeni məktəblər tikilir, uşaq bağçaları istifadəyə verilir.
2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.
Məktəbdə respublika ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına tam şəkildə riayət olunur.
Qeyd edək ki, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
İcra başçısı məktəbdə üçüncü «Ç», ikinci «C», birinci «D», ikinci «A» siniflərində olub, ara məsafəsi saxlamaqla hər bir məktəblinin əllərini dezinfeksiya edib.
Ş.Məmmədov bir daha ara məsafəsi saxlamaqla, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla qalib gəlməyi, hamı bir nəfər kimi qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olmağı tövsiyə edib.
-Məktəb yaxşı vətəndaş tərbiyə etməlidir. Hər bir məktəbli Vətənini sevməli, ölkəmizin, Masallının Milli Qəhrəmanlarını, şəhidlərini, işğal altında olan rayonlarımızı tanımalıdır, — deyə RİH başçısı bildirib.

 

Keçidlər