Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı şəhər 1 nömrəli uşaq bağçasında

15 sentyabr 2020 | 16:00

15 sentyabr 2020-ci il tarixdə Masallı şəhər 1 nömrəli uşaq bağçası öz qapılarını uşaqların üzünə açdı.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov şəhər 1 nömrəli uşaq bağçasına gələrək, təlim-tərbiyə işləri ilə tanış olub.
Bağça binasında əyləncə, yataq, idman, məşğələ, tibb otaqları, mətbəx və yeməkxana, sanitar qovşaqları, ərzaq anbarı və digər otaqlar var.
RİH başçısı Şahin Məmmədov kollektivlə görüş zamanı bildirib ki, bu gün uşaqların yüksək təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. Rayon rəhbəri bu sahədə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara qayğı və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğulayıb. Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində Masallıda mühüm addımlar atılmaqdadır. Bu il rayonda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi nəzərdə tutulub. Artıq bu sahədə işlər görülməkdədir.

İcra başçısı ara məsafəsi saxlamaqla hər bir bağça uşağnın əllərini dezinfeksiya edib.

Ş.Məmmədov bir daha ara məsafəsi saxlamaqla, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla qalib gəlməyi, hamı bir nəfər kimi qaydalara riayət etməklə hər bir uşağın təlim — tərbiyəsinə nail olmağı tövsiyə edib.
Şəhər 1 nömrəli uşaq bağçasının kollektivi ölkə rəhbərinə minnətdarlıq bildirib.

 

Keçidlər