Təhsil millətin gələcəyidir
15 sentyabr 2020-ci il tarixdə Masallı RİH başçısı yeni tədris ilinin ilk günü şəhər «Dəfinə» tam orta məktəbində olub.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi səmimi salamlamış, sonra sinif otaqlarını gəzmişdir. İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik daha da möhkəmlənir, iqtisadiyyat inkişaf edir, bütün sahələrdə islahatlar davam edir.
Görüş zamanı məktəbdə respublika ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına tam şəkildə riayət olunmuşdur. Belə ki, icra başçısı ara məsafəsi saxlamaqla məktəbdə birinci «A», ikinci «A», üçüncü «B», birinci «B» siniflərini gəzib, hər bir məktəblinin əllərini dezinfeksiya edib. O, biri-birinə yaxın olmamağı, pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində yaranmış çətinlikləri yalnız bir-birimizə dəstək olmaqla sağlam həyata qayıtmağı bildirib.
Qeyd edək ki, «Dəfinə» tam orta məktəbində də I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlanıb.