Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər 2 saylı körpələr evi - uşaq bağçası açılışın ilk günündə

15 sentyabr 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən dövlət qayğısı Masallıda da hiss olunur. Bunu dövlət başçısının qayğısı sayəsində son illər rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün həyata keçirilən tədbirlərdən, yaradılan  şəraitdən də aydın şəkildə görmək olar. Rayonda yeni tikilən  məktəblərin, inşa olunan körpələr evi-uşaq bağçalarının sayının ildən-ilə artması isə bu sahədə görülmüş işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Ölkə başçısının körpələrə qayğısını əldə rəhbər tutan Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov da rayonda fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Belə ki, cari ildə rayonda yeddi məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi proqnozlaşdırılıb. Hal-hazırda bu sahədə işlər günbəgün davam etdirilir.
Elə bu məqsədlə Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov 15 sentyabr 2020-ci il tarixdə şəhər 2 nömrəli körpələr evi — uçaq bağçasında olmuşdur.
Ara məsafə gözləmək şərtilə təlim-tərbiyə işlərinə diqqət yetirən icra başçısı pandemiya dövründə uşaq kollektivi qarşısında qoyulan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

 

Keçidlər