Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində abadlıq genişlənir

15 sentyabr 2020 | 16:00

Masallıda quruculuq işləri davam etdirilir. Küçələrin asfaltlanması, səkilərin qurulması, arxların təmizlənməsi şəhərin görüntüsünə yeni naxışlar vurur.

Quruculuq işləri bir an belə səngimir. Xətai parkında əsaslı təmir davam edir. Suaparıcı arxlar yaradılır, parkda səkilər salınır, Tomet daşlar düzülür.

S.Vurğun, Z.Əliyeva, Azərbaycan, B.Vahabzadə, Xətai küçələrində səkilər yaradılır, adamların və nəqliyyatın hərəkətinə mane olan budaqlar budanır.

Cahangir, Qurtuluş, C.Cabbarlı, Digah, Babək, II Dadva küçələrinə çınqıl tökülüb yayılmışdır. Bu da payız-qış aylarında sakinlərin rahat gediş-gəlişini təmin edəcəkdir.

 

 

Keçidlər