Şriftin ölçüsü :

Saytın rəngi :

Təklə kəndi ərazisində 545 hektar sahədə yay şumu vurulub

16 sentyabr 2020 | 16:00

Mexanizatorlar cari ilin payızlıq əkini üçün yay şumunu davam etdirirlər. Masallı rayonu üzrə hal-hazırda ilin payızlıq əkinləri üçün 4153,5 hektar torpaq sahəsi şumlanmışdır.

Təkcə Təklə kəndi ərazisində indiyə kimi 545 hektar sahədə yay şumu vurulub. Kənd mexanizatorları daha 1235 hektar sahənin şumunu vurmaq üçün gecə və gündüz işləyirlər.
Qeyd edək ki, Təklə ərazisində gələn ilin bol məhsulu üçün 1780 hektar sahədə şum işi aparılması proqnozlaşdırılmışdır.

Keçidlər