Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
16 sentyabr 2020 | 16:00
15 sentyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı 2 nəfər Masallı şəhər sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat cərimə olunmuşlar. Reydlər davam etdirilir.